"Anım günü məsələsinə o halda baxıla bilər" — Nazirlik


"Nuriyyə Əhmədova ilə vida mərasimi bu gün saat 4-də Mərdəkanda keçiriləcək. Mərasimdə nazirliyin kinematoqrafiya şöbəsi və Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova iştirak edəcək".

Bu fikirləri Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov səsləndirib. Şöbə müdiri bildirib ki, xalq artistinin anım gününün keçirilməsi məsələsinə də baxılacaq:

"Anım günü məsələsinə onun yaxınları ilə məsləhətləşəndən sonra baxıla bilər".

Qeyd edək ki, Nuriyyə Əhmədova bu gecə saat 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib. İki övladını faciəvi şəkildə itirən aktrisa dekabrın 26-da 65 yaşını qeyd edəcəkdi.\ölkə.az

Xəbər 1229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR