Anar Məmmədxanovun xanımının 2 min manatlıq itini oğurladılar

Anar Məmmədxanovun xanımının 2 min manatlıq itini oğurladılar

Bakıda "Çao-Çao” cinsli it oğurlanıb.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.
Paytaxt sakini, 1970-ci il təvəllüdlü İradə Məmmədxanova polisə müraciət edərək bildirib ki, "Çao-Çao” cinsli iti bağ evinin qarşısından naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, iti oğurlanan qadın "Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovunhəyat yoldaşıdır.
Onu da bildirək ki, "Çao-Çao” cinsi itlərin qiyməti 2 min manatdan yuxarıdır.
 
Aktual.az
Xəbər 210 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR