Ana ayını öldürüb balasını diri tutdular

Ana ayını öldürüb balasını diri tutdular

Oktyabrın 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinə (Balakən-Zaqatala- Qax-Şəki inzibati rayonlarını əhatə edən) Şəki rayonu ərazisində qanunsuz ov edilməsi ilə bağlı siqnal daxil olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin əməkdaşları dərhal reyd keçiriblər və reyd zamanı Şəki rayonunun Şin dərəsində şübhəli bilinən "Ural" markalı AQS 95-85 dövlət qeydiyyat nişanlı maşın saxlanılıb.
 
Avtomobilə baxış zamanı üzərilərində 7 ov tüfəngi olan 7 nəfər şəxs, bir baş ovlanmış ayı cəmdəyi və dərisi, həmçinin iki aylıq bir diri ayı balası aşkar edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qanunsuz ov edən şəxslər Şəki rayonu, Şin kəndinin sakinləridir. Ərazi sərhəd zonası olduğundan hazırda ETSN-nin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları birgə araşdırma və sənədləşmə aparırlar. Sənədləşmə başa çatdıqdan sonra təqsirli bilinən şəxslər barəsində qanunamüvafiq qaydada tədbir görüləcək.
 
Avtomobildə aşkar olunan tüfənglər və ayı cəsədi maddi sübut kimi Şəki rayon Polis Şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil veriləcək.
Xəbər 715 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR