Amerikalıların 53%-i Trampı qəbul etmir - Sorğu

Amerikalıların 53%-i Trampı qəbul etmir - Sorğu
  • DÜNYA

Amerikanın məşhur CNN telekanalı ABŞ-da prezident Donald Trampa münasibətlə bağlı sorğu keçirib.

AzNews.az CNN telekanalına istinadən xəbər verir ki, bu nəticə ABŞ tarixində yeni seçilmiş bir prezident üçün ən pis nəticədir.

Amerikalıların 53%-i Donald Trampın prezident qismində ilk addımlarından narazıdır. Razı qalanlar isə əhalinin 44%-ni təşkil edir.

Narazı qalanların əksəriyyəti Donald Trampın miqrasiya qanunlarını sərtləşdirməsinə dəstək verməyənlərdir.

Sorğuda iştirak edənlərin 60%-i Meksikayla sərhəddə divar hörülməsinin əlehinədirlər. Əhalinin 55%-i Trampı daxili siyasətdə, 53%-i terrorrizmdə, 56%-i miqrasiya məsələlərində səriştəsiz adlandırıb.

Əhalinin 49%-i Donald Trampın hazırda iqtisadi problemləri uğurla həll etdiyini düşünür. 43% insan isə bunun əksini düşünür.
 
Aktual.az
Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR