Almaniyada koronavirusdan ölənlərin sayı 4,1 mini keçdi

Almaniyada koronavirusdan ölənlərin sayı 4,1 mini keçdi

Almaniyada daha 242 nəfər koronavirusdan ölüb.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Bildirilib ki, Almaniyada pandemiya qurbanlarının sayı 4 110-a yüksəlib.
Məlumata görə, ötən sutka ərzində ölkədə 3 609 nəfərə koronavirus diaqnozu qoyulub. Beləliklə, ölkədə qeydə alınmış yoluxmaların sayı 137 439-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 251 000-i ötüb. Bunların 571 383 nəfəri sağalıb, 154 294 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR