Alimlərdən yeni iddia — Cüzam xəstəliyini Avropada zəvvarlar yayıb

Alimlərdən yeni iddia — Cüzam xəstəliyini Avropada zəvvarlar yayıb
  • DÜNYA

Alimlər Orta Əsrlərdə Avropada yayılan cüzam xəstəliyi ilə bağlı yeni versiya səsləndiriblər

Ölkə.Az xəbər verir ki, alimlərin iddiasına əsasən, cüzam xəstəliyini zəvvarlar yayıb. Alimlər orta əsrlər dövründə yaşamış zəvvarın qalıqlarını analiz edərək bu fikrə gəliblər.

Tədqiqatçılar Böyük Britaniyanın Gempşir qraflığında, bir şəhərdə fəaliyyət göstərən ilk xəstəxanalardan birinin ərazisində zəvvar qalıqları tapıblar. DNK analizi sübut edib ki, zəvvar cüzam xəstəliyindən əziyyət çəkib. Bu xəstəlik hələ qədim Misirdə də bilinirdi. Amma Orta Əsrlərdə geniş miqyasda yayılmağa başladı.

Alimlərin fikrinə görə, bu adam dini zəvvar olub və cüzam xəstəliyinə səfər vaxtı mübtəla olub. Radio karbon analizi qəbrin XI-XII əsrə aid olduğunu göstərib.

Alimlər Orta Əsrlər Avropasında cüzam xəstəliyinin geniş yayılmasına səbəb kimi zəvvarlığın olduğu qənaətinə gəliblər. Əvvəllər cüzamın Avropaya səlib yürüşləri zamanı yayıldığı bildirilirdi. Amma son tədqiqatlar nəticəsində cüzamın Səlib yürüşlərindən bir neçə onillik əvvəl yayıldığı məlum olub.
 
Aktual.az
Xəbər 668 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR