Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsinə töhfə verir.
Aktual.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Azərbaycanda münaqişənin izlərini təmizləməyə davam edəcəyik", - Aİ rəsmisi bildirib.
"Burada danışıqlarımızı yeni əməkdaşlıq razılaşdırması əsasında gücləndirəcəyik. Bizim əlaqələrimiz qarşılıqlı hörmət əsasında qurulub. Bizim prinsiplərimizdə qanunun aliliyi və insan hüquqları əsas götürülüb”, - Kaya Kallas vurğulayıb.
O, xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanla münasibətlər barədə geniş müzakirə apardığını da qeyd edib: "Mən sülh sazişinin mətni üzrə razılığa gəlinməsini məmnuniyyətlə qarşılayıram”.
Xəbər 506 dəfə oxunub.