“Afrində hərbi əməliyyat davam edir” – Ərdoğan

“Afrində hərbi əməliyyat davam edir” – Ərdoğan

"Afrində hərbi əməliyyat davam edir və bu, orada sonuncu terrorçu məhv edilənədək davam edəcək”.

Trend-in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident qeyd edib ki, "Zeytun budağı” əməliyyatı başlayandan Türkiyə Silahlı Qüvvələri 3872 terrorçunu zərərsizləşdirib.
R.T.Ərdoğan onu da vurğulayıb ki, "Zeytun budağı” əməliyyatının hədəfi terrorçulardır.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.
 
Aktual.az
Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR