Yaxın 3-5 il ərzində Azərbaycanda faktorinq bazarının həcmi 1,7 milyard ABŞ dollarına çata bilər.
Aktual.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında bildirilir.
Sənədə əsasən, 2022-ci ildə ölkədə 69,9 milyon dollarlıq faktorinq ödənişləri həyata keçirilib.
"Azərbaycanda faktorinq xidmətləri bazarı məhduddur, ölkədəki yalnız bir neçə bank və bank olmayan maliyyə qurum bu xidmətləri təklif edir. Beynəlxalq Maliyyə İnstututunun (İFC) dəstəklədiyi Azərbaycan Maliyyə Məsləhət Xidmətləri proqramı kiçik bizneslərin girov qoyduğu aktivləri izləmək üçün elektron daşınar girov reyestrinin yaradılmasını və kreditorların bu bizneslərə kredit verərkən inamın artırılmasını nəzərdə tutur”- deyə ADB bəyan edib.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda faktorinq ödənişlərinin həcmi 110 milyon avro təşkil etmişdi.
Xəbər 556 dəfə oxunub.