Ağcabədi rayonunda doğuş zamanı ana və körpə ölümü baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı ötən gecə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinə daxil olub. Doğuş zamanı əvvəlcə ana, daha sonra dünyaya gətirdiyi körpə həyatını itirib.
Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Xəbər 458 dəfə oxunub.