ABŞ və Rusiyanın “Bakı-İrəvan” rəqabəti - Markedonov

ABŞ və Rusiyanın “Bakı-İrəvan” rəqabəti - Markedonov

Bu gün Avrasiyada ABŞ və Rusiya arasında şiddətli rəqabət gedir. Və bu, təkcə hərbi deyil, həm də diplomatik sferanı əhatə edir. Gözümüzün önündə cərəyan edən Cənubi Qafqaz uğrunda Vaşinqton və Moskva arasında rəqabət Avrasiyadakı ən çətin rəqabətin bir hissəsidir.
Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
"Bu prosesin bir hissəsi kimi Ermənistan və Azərbaycan arasındakı münaqişənin amerikalı vasitəçiləri iki ölkə arasında sülhün uzaqda olmadığını iddia etməkdə davam edirlər. Onlar son aylarda bu cür danışıqların harada getməsindən - Vaşinqtonda, Brüsseldə, Moskvada, Kişinyovda - asılı olmayaraq bu barədə danışırlar. Ancaq hər dəfə fərdi nüanslar, detallar dəqiqləşdirilməmiş qalırdı. Bundan sonra danışıqlar münaqişə tərəflərinin atışma və eskalasiyaları altında davam etdirildi. Bu və ya digər şəkildə Vaşinqton Bakı ilə İrəvan arasında vasitəçilik məsələsində liderliyi öz üzərinə götürməyə çalışır. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında son Vaşinqton danışıqlarına paralel olaraq, ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Nüvə Silahlarının Yayılmaması Bürosunun baş müşaviri Castin Fridmanı İrəvana göndərib. Enerji sektorunda tərəfdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə”, - o bildirib.
Markedonovun sözlərinə görə, ABŞ İrəvanla Bakı arasında birbaşa dialoqu Rusiyanın iştirakı olmadan, öz koordinasiyası və platformasında qurur:
"ABŞ son vaxtlar Rusiyada baş verən hərbi-siyasi böhran nəticəsində Moskvanın imic itkisindən qazanc əldə etməyə çalışır. Vaşinqton məsələni belə təqdim etməyə çalışır: Bu gün əsas amillər Moskvadan asılı deyil. Buna görə də yalnız Amerikanın iradəsinə diqqət yetirmək lazımdır. Təbii ki, bütün bunlar Cənubi Qafqazda nüfuzunu, münaqişənin həlli üçün alətlərini saxlayan Rusiyaya xoş deyil. ABŞ-ın Bakı ilə İrəvan arasında birbaşa dialoqda israrlı mövqeyində altruizmin olmadığını da vurğulamaq lazımdır. Bu, müstəsna olaraq Rusiya ilə eyni geosiyasi rəqabət kontekstində edilir. Həm ABŞ, həm də Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həllində aparıcı mövqe tutmağa çalışır”.
Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR