ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
  • DÜNYA

ABŞ-ın ticarət nazirliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək daha 23 təşkilatın adını əlavə edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun rəsmi saytında məlumat verilir.

"Milli təhlükəsizlik və xarici siyasət sahəsində ABŞ-ın maraqlarına zidd fəaliyyət göstərdiklərinə görə 23 təşkilatın adı sanksiya siyahısına əlavə olunub”, - məlumatda deyilir.

Siyahıya Krımın dəmir yolu təşkilatları və dəniz limanları, elmi tədqiqat institutları və bir sıra zavodlar daxil edilib. Qeyd olunur ki, sanksiyalar Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar tətbiq olunub.
 
Aktual.az
Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR