ABŞ Rusiya, Çin və İrandan gələn təhdidlər, eləcə də radikal daxili ideologiyalar süəbəbindən qlobal liderliyi bərpa etməlidir.
Aktual.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass deyib.
"Soyuq müharibə zamanı məhz ABŞ-ın gücü Sovet İttifaqından gələn kommunist təhlükəsini uğurla dəf etdi. Prezident Ronald Reyqan Sovet İttifaqını qətiyyətlə şər imperiya adlandırırdı. Ümid edirəm ki, respublikaçı 2024-cü ildə Ağ Evə qayıdacaq. ABŞ-da düşmən rejimləri şər və təhdid adlandırmaq üçün kifayət qədər cəsarətli olan mühafizəkar liderlik olmalıdır”, - o bildirib.
Xəbər 137 dəfə oxunub.