"ABŞ nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməlidir"

  • DÜNYA

ABŞ istənilən halda İranla əldə olunan nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməlidir.

Trend-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Donald Trampın ABŞ prezidenti seçilməsini şərh edən M.C.Zərif bu posta seçilən insanın dünya həqiqətlərini dərk etməli olduğunu deyib.

Nazir qeyd edib ki, bu, ABŞ vətəndaşlarının seçimidir:

"Tehranın Vaşinqtonla siyasi əlaqələri yoxdur, amma istənilən halda ABŞ nüvə sazişi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir".
 
Aktual.az
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR