ABŞ strateji xam neft ehtiyatlarının satışına başlayır.
Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Enerji Departamenti məlumat yayıb.
Bildirilir ki, ölkənin strateji xam neft ehtiyatlarının bir hissəsi sözügedən sistemin infrastrukturunun modernləşdirilməsi xərclərində istifadə edilmək üçün satılacaq. Ümumilikdə 695,1 milyon barrel olan ABŞ-ın strateji xam neft ehtiyatlarının 8 milyon barrelinin satışı üçün tender keçirilib.
21 şirkət 157 tender təklifləri təqdim edib. "Shell Trading" və "Phillips 66" şirkətləri ilə ümumilikdə 6,4 milyon barrel neftin satışı üzrə müqavilələr imzalanıb.
Aktual.az
Xəbər 451 dəfə oxunub.