ABŞ-də yaşayan müsəlman icmaları Prezident Co Baydenə qarşı yeni kampaniya başladıblar.
Aktual.az xəbər verir ki, onlar 2024-cü ildə keçiriləcək prezident seçkilərində Baydenə səs verməyəcəklərini bildiriblər.
#AbandonBaden (Baydeni tərk edin) adı altında başladılan kampaniyaya səbəb ABŞ liderinin İsrail-Fələstin münaqişəsində ikinciləri dəstəkləməsidir.
Kampaniya əsasən Miçiqan, Arizona, Viskonsin, Pensilvaniya və Florida statlarını əhatə edir.
Xəbər 221 dəfə oxunub.