ABŞ-ın yeni Suriya planları — Tramp bölgəyə ordu göndərir

ABŞ-ın yeni Suriya planları — Tramp bölgəyə ordu göndərir
  • DÜNYA

ABŞ-ın yeni prezidenti Donald Trampın Suriyaya aid yeni planları var

Ölkə.Az xəbər verir ki, Tramp müdafiə nazirliyindən İŞİD-in qalası sayılan Rakkanı məhv etmək üçün quru qoşunları və hərbi helikopterlərdən istifadə etməyi tələb edəcək. Yeni plan 1 ay ərzində həyata keçiriləcək.

Dünən Tramp Suriyada təhlükəsiz ərazi yaradacağı barədə bəyanatla çıxış etmişdi. Bu gün isə Rakkada strateji plan dəyişikliyi barədə məlumatlar var.
ABŞ-dan verilən xəbərə görə Tramp bu gün yeni müdafiə naziri Ceyms Mattisin andiçmə mərasimində iştirak etmək üçün Pentaqona gedəcək. Bu zaman isə İŞİD-ə qarşı yeni planın tərtib edilməsini istəyəcək.

Prezident İŞİD-in paytaxtı Rakka şəhərinə qarşı ABŞ əsgərlərinin və hərbi helikopterlərinin istifadə edilməsini istəyir. Yeni plan 1 aya hazırlanacaq və həyata keçiriləcək.
 
Aktual.az
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR