ABŞ havadan Qəzzaya yeni humanitar yardım çatdırıb

ABŞ havadan Qəzzaya yeni humanitar yardım çatdırıb

ABŞ Qəzza zolağına daha bir humanitar yardım partiyasını hava yolu ilə çatdırmaq üçün əməliyyat həyata keçirib.
Aktual.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
"ABŞ Mərkəzi Komandanlığı davam edən münaqişədən zərər çəkmiş mülki şəxslərə humanitar dəstək göstərmək üçün aprelin 2-də Qəzza zolağının şimalına humanitar yardım aparıb”, - Komandanlığın sosial şəbəkələrdəki "X”dəki səhifəsində yerləşdirilmiş bəyanatda deyilir.
Qeyd edilir ki, təyyarələr 50 mindən çox qida məhsulunu yerə atıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox insanın girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.

Xəbər 94 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR