ABŞ demokratları Donald Trampdan əvəzini çıxmaq istəyir

ABŞ demokratları Donald Trampdan əvəzini çıxmaq istəyir
  • DÜNYA

"Moskvada elə təsəvvür yaranıb ki, ABŞ Demokrat Partiyasının komandası son qərarları ilə yeni seçilmiş prezident Donald Trampdan qələbəsinə görə əvəz çıxmaq istəyir".
Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "RİA Novosti”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, "administrasiya ikitərəfli münasibətlərin korlanması cəhdlərindən əl çəkmir".

"Doğrüsü, elə təsəvvür yaranır ki, hazırda demokratlar komandası Trampdan qələbəsinə görə əvəzini çıxmaq istəyir və onun səlahiyyətlərinin qüvvəyə minməsindən 1 ay öncə absurd qərar qəbul edir", — diplomat qeyd edib.

O, buna misal kimi bu yaxınlarda ABŞ-nın Suriya müxalifətinə ağır silahın göndərilməsi barədə qərarı göstərib.


Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR