ABŞ-dan Türkiyədə terror təhlükəsi barədə xəbərdarlıq

ABŞ-dan Türkiyədə terror təhlükəsi barədə xəbərdarlıq
  • DÜNYA

Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyədə terror təhlükəsinin əvvəlki kimi yüksək olması barədə xəbərdarlıq edib.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bazar günü dərc olunan xəbərdarlıqda bildirilir ki, Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyədə terrorçu qruplaşmalar tərəfindən yüksək təhdid barədə xəbərdarlıq etməkdə davam edir:

"Amerikalılar Türkiyənin cənub-şərq hissəsinə səfərlərdən çəkinməli, ümumiyyətlə, ölkəyə səyahətlə bağlı riski diqqətlə öyrənməlidirlər".

Sənəddə "Türkiyədə iri tədbirlər zamanı, turizm bölgələrində, restoranlarda, ticarət mərkəzlərində, dini ibadət yerlərində, avtobuslarda, körpülərdə, aeroportlarda, metroda və dəniz limanlarında yeni hücumlar"ın ehtimal olunduğu qeyd edilir.
 
Aktual.az
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR