ABŞ prezidenti Donald Tramp 7 dövlətin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub
Ölkə.Az xəbər verir ki, qərara dünya dövlətlərinin sərt reaksiyalarının davam etdiyi bir halda, ABŞ-dan yeni açıqlama gəlib. Amerikanın daxili təhlükəsizlik məsələləri üzrə naziri Con Kelli bildirib ki, siyahıya yeni dövlətlərin də adı əlavə ediləcək.
Nazir qadağanın müsəlmanlara aid olmadığını bildirib. Qərar Amerika xalqını, ölkəni və dini azadlıqları qorumaq məqsədi ilə qəbul edilib. Con Kelli deyib: "Terrorçular və pis niyyətli adamlar hər gün ABŞ-a soxulmağa cəhd edirlər. Bunu başa düşmək çox vacibdir".
Aktual.az Xəbər 505 dəfə oxunub.