ABŞ-da şok məktub: Vaxt bitib, Ukrayna diz çökəcək!

ABŞ-da şok məktub: Vaxt bitib, Ukrayna diz çökəcək!
  • DÜNYA

Ukraynaya yardım üçün ayrılan vəsait bu ilin sonuna qədər tükənəcək. Bu, Rusiyanın qələbəsinə töhfə verə bilər.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ-ın İdarəetmə və Büdcə İdarəsinin direktoru Şaland Yanq Respublikaçı və Demokrat partiyalarının liderlərinə göndərdiyi məktubunda qeyd edib.
"İlin sonuna qədər Konqresin tədbirləri olmasa, Ukrayna üçün daha çox silah və texnika almaq, eləcə də ABŞ hərbi anbarından avadanlıq təmin etmək üçün resursumuz tükənəcək. Konqresin yeni dəstəyi təsdiqləməməsi Kiyevi döyüş meydanında diz çökdürəcək və eyni zamanda Rusiyanın hərbi qələbə ehtimalını artıracaq. Bu problemin öhdəsindən gəlməyimizə kömək edəcək sehrli maliyyə qazanı yoxdur. Pulumuz və demək olar ki, vaxtımız bitib”, - məktubda qeyd olunub.
Xəbər 201 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR