ABŞ-da prezident seçkilərində Donald Tramp liderlik edir

ABŞ-da prezident seçkilərində Donald Tramp liderlik edir
  • DÜNYA

ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının başlanmasından 3 saat sonra Respublikaçılar Partiyasından namizəd Donald Tramp liderliyini qoruyub saxlayır.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Donald Tramp səslərin 49,9 faizini, onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə səslərin 46,2 faizini toplayıb.     
 
CNN telekanalının xəbərinə görə, Tramp seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Floridada qələbə çalmağa yaxındır. Belə ki, ştat üzrə bülletenlərin hesablanmış 94 faizinin nəticəsinə görə, Tramp 49,2 faiz, Klinton isə 47,6 faiz səs toplayıb.   
 
Aktual.az
Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR