ABŞ-da məxfi müzakirə: Kiyevə yardım dayansın!

ABŞ-da məxfi müzakirə: Kiyevə yardım dayansın!
  • DÜNYA

Macarıstanın Baş naziri Viktor Orbanın həmfikirləri ABŞ-ın Ukraynaya hərbi dəstəyini dayandırmaq üçün Vaşinqtonda respublikaçılarla qapalı görüş keçirəcək.
Aktual.az xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb.
"Macarıstan dövlət katibinin müavini Marton Uqroşdi və akademik Attila Demko bazar ertəsi Macarıstanın Vaşinqtondakı səfirliyinin üzvləri ilə birlikdə mühafizəkar düşüncə mərkəzi "Heritage Foundation" tərəfindən təşkil edilən iki günlük tədbirə qatılacaqlar. Tədbirdə iştirak edəcəyi gözlənilən qonaqlar arasında sabiq prezident Trampın zamanında səfir olmuş Kelli Karri və "Heritage Foundation" mərkəzinin beynəlxalq direktoru Maqor Ernyei də var", - məlumatda deyilib.
Mənbənin bildirdiyinə görə, respublikaçı konqresmenlər də daxil olmaqla, bəzi iştirakçılar tədbirin ikinci günündə bağlı qapılar arxasında keçiriləcək müzakirələrə dəvət edilib.
Xəbər 128 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR