ABŞ Cənubi Koreyada raket əleyhinə sistem yerləşdirir

ABŞ Cənubi Koreyada raket əleyhinə sistem yerləşdirir

ABŞ Cənubi Koreyada raket əleyhinə "THAAD" sistemlərinin quraşdırılmasına başlayır.

Aktual.az APA-ya istinadən xəbər verir ki, "THAAD" sistemlərinin hissələri artıq Osan hərbi bazasına çatdırılıb.
 
Raket əleyhinə sistemlərin quraşdırılması üzrə işlər iki ayadək davam edəcək.
 
Raket əleyhinə "THAAD" sistemlərinin Cənubi Koreyada yerləşdirilməsinə iyun-iyul aylarında başlanmalı idi. Lakin Şimali Koreyanın həyata keçirdiyi ballistik raket sınaqları ABŞ və Cənubi Koreyanı prosesi sürətləndirməyə vadar edib.
 
Aktual.az
Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR