ABŞ BMW şirkətini araşdırmağa başlayıb

ABŞ BMW şirkətini araşdırmağa başlayıb
  • DÜNYA

ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) Almaniyanın avtomobil istehsalçısı BMW AG şirkətinin satış hesabatlarını araşdırmağa başlayıb.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
BMW sözçüsü Fil Dilaneyi açıqlamasında avtomobil istehsalçısının araşdırma müddətində SEC ilə tam əməkdaşlıq edəcəyini bildirib.
Xatırladaq ki, keçən ay BMW Almaniyanın antiinhisar idarəsi tərəfindən polad alışlarında yol verdiyi qanun pozuntularına görə, təxminən, 28 mlrd avro (31 mlrd dollar) cərimələnib.
Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR