Çağatay Ulusoy məhkəməyə verildi: "Gənclərə pis örnəkdir" - FOTO

Çağatay Ulusoy məhkəməyə verildi:
  • DÜNYA

Aktyor Çağatay Ulusoy gənclərə pis örnək olmaqda günahlandırılır.

Aktual.az  axşam.az-a istinadən bildirir ki, İstanbul Texnik Universitetinin professoru Orhan Kural aktyordan şikayətçi olaraq onu gəncləri siqaret çəkməyə həvəsləndirməkdə ittiham edir. Kural məhkəməyə verdiyi ərizədə Ulusoyun İnstaqram hesabında tez-tez siqaretlə çəkilmiş fotolarını paylaşdığını bildirib.

Aktyorun 1 milyon 400 min təqibçisinin olduğunu vurğulayan Kural: "İki ağ-qara, siqaretli fotosu 173 min insan tərəfindən bəyənilib. Gənclərə təsir edən aktyorun heyranlarının çoxu məktəbli qız uşaqlarıdır. Bəyənənlərin 5 faizinə təsir etsə, bu rəqəm 87 min 500 olacaq", - deyib.

Professor Ulusoyun siqaret firmaları ilə iş birliyinin olmasını da ehtimal edir:

"Buna görə də cəmiyyətin sağlamlığının zərər görməməsi üçün bu tip "Siqaretə cəlb etmək" məqsədli paylaşımlar silinməli, paylaşımı edənlər isə cəzalandırılmalıdırlar".

Kural aktyorun "tütün məhsullarının istifadəsi" maddəsi ilə cəzalandırılmasını istəyib.

Qeyd edək ki, Ç.Ulusoy hazırda "İçerde" serialında rol alır.

Çağatay Ulusoy məhkəməyə verildi:
Xəbər 582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR