Bərdədə 77 yaşlı qadın evində yanaraq ölüb.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Aktual.az
Xəbər 541 dəfə oxunub.