600 mindən çox azərbaycanlı TQDK vasitəsilə imtahan verib

600 mindən çox azərbaycanlı TQDK vasitəsilə imtahan verib

TQDK sədri mətbuat konfransı keçirdi.

2015-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 600 mindən çox şəxs iştirak edib. 

Aktual.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. 

“İştirakçı o deməkdir ki, bir nəfər şəxs bir neçə dəfə buraxılış, qəbul imtahanlarında iştirak edib. Ümumiyyətlə 600 min iştirakçı olub. Bu çox böyük rəqəmdir” - deyə, komissiya sədri qeyd edib. 

Mətbuatın TQDK-nın fəaliyyətində önəmindən danışan M. Abbaszadə bildirib ki, komissiyanın nəticələrinin obyektiv qiymətləndirilməsində KİV-in fəaliyyəti önəmlidir. 

Bundan başqa, o bildirib ki, TQDK-nın təqdim etdiyi 15 elektron xidmət növündən 4 milyon 167 min 385 min nəfər istifadə edib:

“Bu bir təşkilat üzrə rekord göstəricidir” - deyə, TQDK sədri əlavə edib. 

Qeyd edək ki, konfransın sonunda TQDK-nın KİV nümayəndələri arasında təşkil etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.  

Xəbər 533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR