4 xəstəxananın baş həkimi dəyişdirildi

4 xəstəxananın baş həkimi dəyişdirildi

Bakıda bir sıra səhiyyə müəssisələrinin baş həkimləri dəyişdirilib.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin baş həkimi Sultan Əliyev 14  saylı Birləşmiş Şəhər Xəstəxanasının, Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi təyin olunub.
 
Şirvan Şəhər Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinə, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri Sabiq Hüseynzadə isə  Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə təyinat alıb. 

Xəbər 1039 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR