Oktyabrın 5-də Bakı Hərrac Mərkəzi MMC-də ləğv prosesində olan Atabank ASC-nin, oktyabrın 10-da Əmlak Hərrac Mərkəzi MMC-də ləğv prosesində olan Günay Bank ASC-nin, oktyabrın 12-də isə "Bakı Hərrac Mərkəzi"ndə ləğv prosesində olan Dəmir Bank və Texnika Bank ASC-lərin daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Aktual.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət "Atabank”a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai prospekti, ev 57/107 ünvanında yerləşən 42,4 kv.metrlik mənzildən, "Günaybank”a məxsus 22 daşınar əmlakdan, "Dəmirbank”a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev prospekti, 59 ünvanında yerləşən 1 183,6 kv.metrlik əmlak kompleksindən və "Texnikabank”a məxsus Quba rayonu, İqriq kəndində yerləşən 0,9 ha torpaq sahəsindən gedir.
Əmlaklara müvafiq olaraq 35 min manat, 25,075 min manat, 475 min manat və 10 min manat qiymət qoyulub.
Xəbər 736 dəfə oxunub.