3 hektar ərazinin hasarları söküldü - VİDEO

 3 hektar ərazinin hasarları söküldü - VİDEO

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın rayonlarında qasnunsuz zəbt olunmuş ərazilərin hasarlarının söküntüsü işləri davam etdirilir.


"Report” Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki "Zeytunluq” adlanan ərazidə söküntü işləri zamanı hazırladığı videomaterialı təqdim edir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində, ümumilikdə 3 ha sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanıb. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

 
 
 
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR