“28 May” metro stansiyasında növbəti eskalator əsaslı təmir ediləcək

“28 May” metro stansiyasında növbəti eskalator əsaslı təmir ediləcək

"Bakı Metropoliteni" QSC-nin "28 May” stansiyasının 2-ci çıxışında 2010-cu ildən istismarda olan "ET-3M” tipli 3 eskalatordan biri iyunun 3-dən əsaslı təmirə dayandırılacaq.
Aktual.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, texniki tələblərə görə, bu tip eskalatorlar 150 min km qaçış məsafəsini qət etdikdən sonra əsaslı təmirə dayandırılır.
Təmirlə əlaqədar eskalator qovşaq və hissələrinin təmiri üçün lazım olan mal-material, ehtiyat hissələri, tərtibat və alətlərlə təmin edilib. Təmir müddətində qaynaq işləri yalnız gecə növbəsində nəzarət altında yerinə yetiriləcək.
Təmir dövründə ilk olaraq sürahi elementlərinin söküntüsünü aparmaq üçün lent zolağının daraqdan darağa olan 71 metrlik hissəsindəki 392 pillə demontaj edilərək təftiş olunacaq. Təmir dövründə eskalatorun dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərrik çıxarılaraq müayinə ediləcək.
Sonrakı mərhələdə markşeyderlər qrupu eskalatorda fermaların çökmə, mərkəzdən qaçma və digər parametrlərini ölçəcək. Təmir müddətində istismar müddəti başa çatmayan və yararlı hissələr təftiş edilməklə yenidən quraşdırılacaq. Texniki şərtlərin tələblərinə, habelə dəyişdirilməsi zəruri olan hissə və qovşaqlar ölçü və standartlara uyğun yeniləri ilə əvəz olunacaq. Təmir başa çatdırıldıqdan sonra diaqnostik müayinələr aparılacaq.
Qazan nəzarəti üzrə müfəttişliyin istismar tələblərinə və standartlara uyğunluğu qiymətləndirməsindən sonra nöqsan və qüsurlar olmazsa, eskalatorun istismara verilməsi ilə bağlı qərar qəbul ediləcək.
Təmir yeni tədris mövsümünə qədər başa çatdırılmalıdır. Həmçinin digər iki eskalatorun iş rejimi və daim nəzarət altında olması təmin ediləcək.
Bu tip eskalatorların istismar müddəti 40 ildir.

Xəbər 115 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR