2500 il əvvəl itmiş şəhər tapıldı

2500 il əvvəl itmiş şəhər tapıldı
  • DÜNYA

Arxeoloqlar 2500 ilə əvvəl Yunanıstanda itmiş şəhəri aşkar ediblər.

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, Geteborq və Bornmut universitetinin alimləri Afinadan 5 saatlıq məsafədə yerləşən ərazidə araşdırmalar aparıblar. Onlar təpənin ətəklərində şəhər darvazasının, divarların və bürclərin qalıqlarını aşkar ediblər.

Alimlərin sözlərinə görə, ilk iki həftə ərzində onlar qədim gil qablar və təxminən eradan əvvəl 500-cü ilə aid olan sikkələr tapıblar. Alim Round onu da qeyd edib ki, aşkar etdikləri şəhər e.ə 4-3-cü əsrlərdə inkişaf edib. Alim qeyd edib ki, layihənin ikinci hissəsi gələn ilin avqust aylarına planlaşdırılır.
 
Aktual.az

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR