Bakıda intihar hadisəsi baş verib.
Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Gəncə prospekti 103 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən doqquz mərtəbəli binanın birinci mərtəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Elvin İlqar oğlu Hüseynov özünü evin eyvanındakı dəmir barmaqlıqlardan asıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Aktual.az
Xəbər 491 dəfə oxunub.