Bakıda intihar hadisəsi baş verib.
Bu barədə Trend-ə Səbail rayon Prokurorluğundan məlumat verilib.
Hadisə rayonun İbrahim Xəlil küçəsi, 16 saylı mənzildə baş verib. Həmin mənzildə yaşayan 1993-cü il təvəllüdlü Şirvanov Samid Arif oğlu özünü yaşadığı evin giriş qapısından asaraq intihar edib.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Aktual.az
Xəbər 452 dəfə oxunub.