21 yaşlı oğlanı ilan sancdı

21 yaşlı oğlanı ilan sancdı

Yayın son günləri olmasına baxmayaraq sürünənlər Qərb bölgəsində yenidən fəallaşıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün səhər saatlarında Tovuz rayonunun Əyyublu kənd sakini, 21 yaşlı Röyal İsmayılov açıq sahədə mal-qara otararkən ilan onun sol ayağından sancıb.

Kənd sakini dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, son 3 ayda Tovuzda 25-ə yaxın sakini ilan sancıb.      

Xəbər 648 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR