İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

 İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aktual.az-a daxil olan məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırılır ki, səhər və axşam arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları əsasən yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırılır ki, sentyabrın 8-9-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-30 isti təşkil edəcək.

 
Aktual.az
Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR