Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AzNews.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şıxsalahlı kənd sakini Mədət Hacıyev saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 14 çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.