Elektrik avadanlıqlarının istehsalı 43,4 faiz artıb

Elektrik avadanlıqlarının istehsalı 43,4 faiz artıb

2018-ci ilin yanvar-fevral aylarında kompüter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 26,6 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 43,4 faiz artıb, kompüter və elektron məhsullarının istehsalı isə 6,1 faiz azalıb.
Aktual.az
 Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,0 dəfə, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 1,7 dəfə artıb.

Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR