Magistr olmaq istəyən şəxslər üçün yenilik

Magistr olmaq istəyən şəxslər üçün yenilik

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar 2017/2018‑ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində ixtisas üzrə test tapşırıqlarının əvəzinə qabiliyyət imtahanı verəcəklər.
 
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar mayın 4‑dən 22-dək keçirilən proqram seçimi zamanı Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytının müvafiq səhifəsinə daxil olaraq müvafiq proqramı seçməlidirlər. Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50 və 53 saylı proqramları da seçə bilərlər. Nəzəri ixtisaslaşmaları seçən bakalavrlar iyunun 4-də magistraturaya qəbul imtahanının II mərhələsində müvafiq proqramlar üzrə test imtahanı verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar isə 6 – 7 iyun tarixlərində DİM-in internet saytına daxil olaraq "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və 8 – 10 iyun tarixlərində vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.
 
Aktual.az
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR