Sıx gözlərinə saxla bizi! - Əli Hacı

Sıx gözlərinə saxla bizi! - Əli Hacı

Anar Yusifoğluna


bəzən elə gəlir soyuqsan
yaşanmamış bir evin soyuqluğu tək!
bəzən də qəribəsən
yaşanmış həyatın ağırlığı tək!


siqara tüstüsünə bənzər saçların,
baxışlarına bənzər söz ağrın!


səni gecələri yorğun qalıb
gündüzləri parlayan
gözlərindən tanıram.
göz yaşlarını gizlətməyindən,
içindəki özündən tanıram.


göy üzü torpağı sevgisindən sular
dağları torpağın düzü saxlar,düzü
bu dünya saxlamadığı yerdə,
sıx gözlərinə saxla bizi!

ƏLİ HACI

Xəbər 2203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR