Bakıda intihar hadisəsi baş verib.
Aktual.az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə saat 04.00 radələrində Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada qeydə alınıb.
Orada müalicə alan 1971-ci il təvəllüdlü Samir Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Aktual.az
Xəbər 445 dəfə oxunub.