Bu gün Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, rayonun Qaraçaycek kəndində kənd sakini, 1970-ci il təvəllüdlü Hidayətov Bəxtiyar Bərkdəmir oğlu özünü yaşadığı evin birinci mərtəbəsində asıb. Meyit ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
İntiharın səbəbləri araşdırılır.
B.Hidayətovun 3 övladı var.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Xəbər 440 dəfə oxunub.