Bu gün Bakı şəhəri, Suraxanı rayonunda tikintisi başa çatmamış vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Aktual.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Aktual.az
Xəbər 377 dəfə oxunub.