Türkiyə Silahlı Qüvvələri Kayseridə törədilən partlayışla bağlı açıqlama yayıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 13 hərbçi ölüb, 48-i yaralanıb.
Mülki şəxslər arasında da yaralıların olduğu bildirilir.
***
Kayseridə baş verən partlayışın terror aktı olduğu müəyyənləşib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, partlayıcı qurğu quraşdırılmış avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırpılıb və partlayış baş verib.
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.
***
Türkiyədə universitetlərdən birinin şəhərciyində partlayış olub.
Aktual.az "Report”-a istinadən xəbəbr verir ki, partlayış bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında qeydə alınıb.
Məlumata görə, partlayış sərnişin avtobusunda olub, ölən və yaralılar var.
Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış sərnişin avtobusuna yaxınlaşan avtomobildə baş verib.
Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib.
Aktual.az
Xəbər 1157 dəfə oxunub.