Bakıda 51 yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd edib.
Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış sahəsində qeydə alınıb.
Belə ki, 51 yaşlı Əflan Abdullayev tək yaşadığı evində özünə bir neçə bıçaq zərbəsi vurub. Ə.Abdullayev təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 584 dəfə oxunub.