Bakıda 41 yaşlı kişi özünü asıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Binəqədi rayon Prokurorluğundan məlumat verilib.
Hadisə oktyabrın 25-də səhər saat 10 radələrində rayonun Sulutəpə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Quliyev Nahid Qənimət oğlu Sulutəpə qəsəbəsi, Allahverdiyev küçəsində yaşadığı evdə özünü asaraq öldürüb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Aktual.az
Xəbər 481 dəfə oxunub.