Bu gün hansı rayonlarda qaz kəsiləcək?

Bu gün hansı rayonlarda qaz kəsiləcək?

Bu gün Siyəzən, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində, həmçinin Bakının Nərimanov, Sabunçu, Xəzər, Xətai və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Aktual.az  xəbər verir ki, bu gün saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər”, Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə” və “Hacıməlik” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. 

Eləcə də aprelin 27-də saat 09:00-dan işlər yekunlaşanadək Nərimanov rayonunun Atatürk prospekti ərazisində, Sabunçu rayonunun Pirşağı, Nardaran və Kürdəxanı qəsəbələrində, Xəzər rayonunun Buzovna qəsəbəsində, Xətai rayonunun Gəncə prospekti, M. Hadi küçəsi və Zığ yolu ərazisində həmçinin Abşeron rayonunun Xırdalan və Mehdiabad qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Təmir müddətində Xızı rayonunun Altıağac, həmçinin Bərdə rayonunun Yeni Daşkənd və Zümürxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Tərtər və Göygöl rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR