Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,48 dollar, yaxud 1,08% bahalaşıb.

Aktual.az report-a istinadən bildirir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,91 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR